Bakı-Ələt-Qazax yolunda təmir işlər aparılır

Bakı-Ələt-Qazax yolunda təmir işlər aparılır

Axşam saatlarında bəzi yollarda sıxlıq olacaq.

Bakucity.az xəbər verir ki, Bakı-Ələt-Qazax Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır. Dövlət Bayraq Meydanı ərazisindən başlayaraq yolun 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri yenilənir. 

Bakı şəhəri, Xəqani və Səməd Vurğun küçələrində, həmçinin Bakı Dəmiryolu vağzalının qarşısında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakucity.az 

Yol təmiri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər