Bakıda kişi oğurladığı məktəbli qıza təcavüz edib

Bakıda kişi oğurladığı məktəbli qıza təcavüz edib

Paytaxtda oğurlanmış 14 yaşlı məktəbli qız tapılıb. 

Bakucity.az xəbər verir ki, mayın 9-da Ramana qəsəbəsində azyaşlını qaçıran şəxs Suraxanı rayonu ərazisində saxlanılıb. O, 30 yaşlı Astara rayon sakini Dadaşov Ramil İsrafil oğludur. Onun barəsində CM-nin 144 (adam oğruluğu) və 152-ci (16 yaşına çatmamış şəxslə cinsi əlaqə) maddələri üzrə cinayət işi açılıb.

Həmin şəxsin qıza qarşı cinsi zorakılıq etdiyi deyilir. 

R. Dadaşovun bundan əvvəl də azyaşlının zorlanması, xuliqanlıqla bağlı məhkumluğu olub.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü T.M. mayın 9-da 13.00 radələrində qaçırılmışdı. 

Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət etmişdi. (Oxu.az)

Bakucity.az 

Adam oğurluğu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər