Mayın 14-də Bakıda 27 dərəcə isti olacaq

Mayın 14-də Bakıda 27 dərəcə isti olacaq, Oral Aliyev

Sabah paytaxta gözlənilən hava şəraiti açıqlanıb.

Bakucity.az xəbər verir ki, mayın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz  25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.    

Bakucity.az 

Hava proqnozu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər