İsveçli ifaçı Bosson Bakıda "JARA"- da çıxış edəcək

İsveçli ifaçı Bosson Bakıda "JARA"- da çıxış edəcək

Bu barədə məlumat layihənin rəsmi “Instagram” səhifəsində yayımlanıb. 

Bakucity.az xəbər verir ki, bu il Bakıda keçiriləcək Beynəlxalq Musiqi Festivalı "JARA-2019" da dünya şöhrətli isveçli ifaçı və bəstəkar Bosson çıxış edəcək.

O, Avropada "One in a Million" mahnısı ilə məşhurlaşıb.

"JARA-2019" festivalı Bakıda 25-28 iyul tarixlərində "Sea Breeze" turizm kompleksində keçiriləcək. 

Festivalın 25 iyulda, açılış günündə Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqa ulduzlar çıxış edəcək. 26 iyul cümə günü İvanuşki Int., Viktoriya Dayneko, "Fabrika", "Qorod 312" qruplarının iştirakı ilə "Lyube" qrupunun 30 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçiriləcək. Gecədə həmçinin, Filipp Kirkorov, Nataşa Koroleva, "Na-na" və digərlərinin çıxışları gözlənilir.

Məşhurların iştirakı ilə Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi 27 iyulda keçiriləcək.  28 iyul, bazar günü festivalın bağlanışında ulduzlardan Jak Khalib, Leşa Svik, Tima Belorussky və “Black Star” səhnəyə çıxacaqlar.

"JARA" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqory Leps, “Rusiya radiosu”nun və “Qızıl Qramofon” mükafatı yaradıcısı Sergey Kajevnikovdur. Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar pop ulduzları iştirak edir.

Bakucity.az

Jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər