Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən yıxıldı

Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən yıxıldı

Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb.

Bakucity.az xəbər verir ki, hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər. 

Məlumata görə, məktəbin şagirdi 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub. (ONA)

Bakucity.az

məktəbli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər