Bakıda ağır yol qəzası, 5 avtomobil toqquşdu

Bakıda ağır yol qəzası, 5 avtomobil toqquşdu , Oral Aliyev

Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.

Bakucity.az xəbər verir ki, ötən gün axşam saatlarında paytaxtın Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində 5 avtomobil toqquşub. Qəzaya səbəb isə hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsidir. 

Qəza nəticəsində bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bakucity.az 

Yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər