Bakı-Şamaxı yolunda yol qəzası baş verib.
Bakucity.az xəbər verir ki, ötən gecə “10-JZ-247” dövlət nömrəli "Ford" markalı betondaşıyan maşın, “19-BJ-083” dövlət nömrəli "VAZ-2106" markalı avtomobili ilə toqquşub.
Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmasa da, "VAZ"a ciddi ziyan dəyib.
Hadisə şahidlərinin bildirdiyinə görə, "VAZ" nasaz olduğundan, sahibi onu yolun şəhər istiqamətində saxlayaraq tərk edib. Betondaşıyan yük maşınının sürücüsü həmin yol ilə hərəkət edərkən "VAZ"ı görməyib və nəticədə qəza baş verib. (Trend)