İnternetin yaradıcısı Bakıya gəlir - "İnnovasiya Festivalı"

İnternetin yaradıcısı Bakıya gəlir - "İnnovasiya Festivalı"

Paytaxtda "İnnovasiya Festivalı" ("İnnofest") keçiriləcək. 

Bakucity.az xəbər verir ki, 29 may-4 iyun tarixlərində baş tutacaq "İnnoFest" çərçivəsində bir çox sammit və forumlar keçiriləcək.

Festivalın əsas məqsədi yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılmasıdır. 

“Yüksək Texnologiyalar Parkı”nın direktoru Tural Kərimli tədbirlə bağlı bunları deyib:

"Festivalda bir çox qlobal təşkilatların, şirkətlərin, nüfuzlu şəxslərin iştirakı nəzərdə tutulur. Belə ki, forum çərçivəsində internetin yaradıcısı Tim Berners Li və dünyanın ən böyük internet şəbəkələrinin nümayəndələri spiker qismində iştirak edəcək. 

Bundan başqa, robotexnika yarışları, kiber idman turnirləri, innovasiya, startap müsabiqələri keçiriləcək ki, qalibləri pul mükafatları gözləyir".

Festivalda qlobal tədbirlərlə yanaşı 31 may tarixində məşhur müğənni İnnanın da "Monex Caspian" sammiti çərçivəsində konsert proqramı ilə iştirakı nəzərdə tutulub. (Qafqazinfo.az)

Bakucity.az 

İnternet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər