Paytaxtda qadın polisə yalan məlumat verib.
Bakucity.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın polisə bildirib ki, mayın 11-də saat 10:00 radələrində evinə girmiş iki maskalı şəxsin onu bıçaqla hədələyib, daha sonra 5100 ABŞ dollarını apardığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.
2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb. Qadının pulu xərclədiyi və ərindən qorxduğu üçün polisə yalan məlumat verdiyi müəyyən edilib.
Bakucity.az