Bakıda ən sərfəli kabel televiziyaları hansılardır? - QİYMƏTLƏR

Bakıda ən sərfəli kabel televiziyaları hansılardır? - QİYMƏTLƏR, Oral Aliyev

Kabel televiziyalarının təklif etdiyi xidmətlər.

Xeyli vaxtdır ki, internetin televizora marağı azaltmasına baxmayaraq, kabel televiziyası öz aktuallığını itirməyib. Paytaxtda sərfəli qiymətlərlə  keyfiyyətli yayım və çoxlu sayda kanal təklif edən şirkətlər az deyil.

Bakucity.az paytaxtın bəzi kabel televiziyası şirkətlərinin təklifləri və qiymətlərini araşdırıb.

Bakıda bu sektorda nələr təklif olunur?

KATV 1 - öz abonentlərinə multimedia xidmətləri təklif edir.  Əsas paketdə 10 AZN-ə 107 kanal təklif edilir. Bundan başqa, internet vasitəsilə müxtəlif janrlı 300 xarici telekanalı izləməyə imkan verən “ağıllı” qurğu - “KATV1 Smart” sifariş etmək olar. “KATV1 Smart” qurğusunun qiyməti 59 AZN-dir, abunə qiyməti isə aylıq 10 AZN təşkil edir.

Şirkət həmçinin “İnternet+TV” paketini təklif edir: 110 kanal - 10 AZN. Televizya və internetə eyni vaxtda qoşulma üçün güzəştli tariflər də var. “İnteretlə standart” endirimli tarif planı 5 AZN-ə təqdim olunur, “İntertetlə Premimum” isə 10 AZN-dir.

AİLƏ TV - kabel televizyası xidmətləriylə yanaşı OTT (“Over The Top”) texnologiyası əsasında İP xidmətlər təklif edir ki, bununla “Ailə TV”-yə antenasız, kabelsiz dünyanın istənilən nöqtəsində baxmaq olar. Burada abonentlərə 3 paket təklif olunr: İP TV – 213 kanal 10 AZN. 116 kanallıq rəqəmsal TV də həmin qiymətədir. Anoloq TV isə 10 AZN-ə 65 kanal yayımlayır.

ATV+ - müştərilərinə rahat qoşulma sistemi təklif edir: sifariş göndərmək və ya müqavilə bağlamaq lazım deyil. Qurğunu almaq, quraşdırmaq və ya sifariş etmək kifayətdir.

Şirkətdə avadanlıqlar iki formadadır: Resiver – 90 AZN, CI Modul – 40 AZN.

Aylıq abonenet ödənişi 10 AZN. ATV+ 2 əsas paket təklif edir: 12 Azərbaycan kanalının daxil olduğu “Ödənişsiz” və “Delyüks” – 100 kanal + HD formatda 18 kanal.

AZEUROTEL - şirkət İP TV rəqəmsal televizyanı təklif edir. Abonentlərə yalnız “Set Тop Box” xüsusi avadanlığı lazımdır. Paket əyləncəli, sənədli, musiqi və film, uşaq və idman olmaqla 70-dən çox kanal yayımlayır. Cəmi iki tarif var: “Standart” 4 AZN, və  “Premium” - 10 AZN.

AVİRNET - burda da müştərilərə İP TV təklif olunur. Abonentlər cəmi 9 AZN-ə 210 kanal əldə edirlər.

“City Net” - 10 AZN aylıq ödəniş müabilində abonetlərinə 200 kanalı əhatə edən “Standard” tarifini təklif edir. Və yalnız “Standard” paketiylə birlikdə mümkün olan  “HD paketi”  - əlavə 40  kanal 5 AZN.  

“Ulduz Telekom” - analoq yayım üçün hər hansı avadanlıq tələb olunmur və abonentlərini 62 kanalla təmin edir. İlk TV qəbuledici 10 manat, ikinci və sonrakılar 2 manatdır. Rəqəmsal yayım üçün DVB-C CAM Modul və ya DVB-C qəbuledici lazımdır. İlk TV qəbuledici 10 manat, ikinci və sonrakılar 4 manatdır. Qeyd etmək lazımdır ki, CAM Modul 50 manata, HD Resiver isə 60 manata başa gələcək.

Qiymət cədvəli

Şirkət

Kanal sayı

Aylıq ödəniş

İnternet+Tv

Paket qurğuyla

Qurğunun qiyməti

KATV1

107

10 AZN

28 AZN

300 kanal -10 AZN

59 AZN

CONNECT

110

10 AZN

5-10 AZN

---

---

AİLƏ TV

65-213

10 AZN

---

---

---

ATV+

---

---

---

12-100 kanal-

10 AZN

40-90 AZN

AZEUROTEL

---

---

---

70 kanal –

4-10 AZN

---

AVIRNET

210

9 AZN

---

---

---

CityNet

200

5-10 AZN

---

---

---

Ulduz Telekom

---

---

---

62 kanal-

2-4 AZN

50 AZN

Züleyxa İsmayılova

Bakucity.az 

Kabel televiziyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər