Bakıda Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək

Bakıda Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək, Oral Aliyev

Bir sıra mövzular müzakirə ediləcək.

Bakucity.az xəbər verir ki, Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan”) çərçivəsində II Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.

Mayın 17-də baş tutacaq konfrans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil olunacaq.

Konfransda “Codex Alimentarius standartları: Yerli qanunvericilik və beynəlxalq harmonizasiya”, “Risklərə əsaslanan idxal qaydaları”, “HACPP sisteminin tətbiqi və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri”, “Qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi” kimi mövzular müzakirə ediləcək.

Qeyd edək ki, “WorldFood Azerbaijan” sərgisi 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Bakucity.az 

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər