Bakıda "bomj"u qətlə yetirən şəxsə hökm oxundu

Bakıda "bomj"u qətlə yetirən şəxsə hökm oxundu, Oral Aliyev

Məhkmə sözügedən şəxsə ağır cəza verib.

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Azad Dandışa hökm oxunub. O, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli ("bomj") həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini A.Dandış saxlanılıb.

Bakucity.az 

Məhkmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər