Sərnişin avtobusunda xoşagəlməz hadisə baş verib.
Bakucity.az xəbər verir ki, 91 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun dayanacaqdan kənar saxlanılmasını tələb edən sərnişin onun istəyini yerinə yetirməyən sürücüyə hücum edib. O, sürücüyə bir neçə təpik zərbəsi endirib və onu təhqir edib.
İnsidentin görüntüləri avtobusda yerləşdirilmiş təhlükəsizlik kamerasına düşüb. (Oxu.az)
Bakucity.az