Bakıda bu brendlə 10 yeni market açılacaq

Bakıda bu brendlə 10 yeni market açılacaq

Bu il paytaxtda "Kənddən Şəhərə" brendi ilə 10 yeni market açılacaq.

Bakucity.az xəbər verir ki, bu brend ölkədə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən tətbiq edilir. 

Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli məsələ ilə bağlı bunları deyib:

"Şirkətin bu təşəbbüsü çərçivəsində kiçik təsərrüfatı olan fermerlər öz sahələrində əldə etdikləri məhsulların bazara çıxarmaq imkanı əldə edirlər. Burada söhbət məhsulların qablaşdırılmasından, şəhərə çatdırılmasından, onların "Kənddən Şəhərə" marketində satışının təşkil edilməsindən gedir. Bu sahədə dövlətlə əməkdaşlıq “Public Private Partnership” konsepsiya üzərində qurulur". (Ona.az)

Bakucity.az 

Market
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər