Bakıda futbolla bağlı sammit keçirilir

Bakıda futbolla bağlı sammit keçirilir, Oral Aliyev

Sammitdə maraqlı müzakirələr olacaq.

Bakucity.az xəbər verir ki, Bakıda "Futbol və Biznes" sammiti işə başlayıb. Sammit AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilir.

Sammitdə "Futbolun Makroiqtisadi təsiri", "Futbol İnvestisiyasından sosial fayda" və "Futbol tərəfdaşlığının biznesə təsiri" mövzularında panellər və sual-cavab olacaq.

Tədbirdə AFFA rəsmiləri, fransalı dünya və Avropa çempionu Rober Pires, Azərbaycan milli komandalarının baş məşqçiləri, klub rəsmiləri və digər şəxslər iştirak edirlər.

Rober Pires isə tədbirə "Futbol və Biznes" sammitinin rəsmi ulduz səfiri kimi qatılıb. (Report.az

Bakucity.az 

Sammit
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər