Bakıda “Shacman”nın sürücüsü ehtiyatsızlıqdan öldü

Bakıda “Shacman”nın sürücüsü ehtiyatsızlıqdan öldü, Oral Aliyev

Paytaxtdakı daş karxanasında ölüm hadisəsi baş verib.

Bakucity.az xəbər verir ki, mayın 14-də Güzdək qəsəbəsində yerləşən daş karxanasında “Shacman” markalı yük avtomobilinin sürücüsü, Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü İsgəndərov Seymur Arzu oğlu avtomobilin arxa yük yerinin qapısı arasında qalıb. 

Onun yük yerinin qapısının açıq dayanması üçün qoyduğu dəmir parçası sürüşüb düşüb. Qapı bağlanan zaman S.İgəndərov baş nayihəsindən xəsarət alaraq yerindəcə keçinib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır. (Ona.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər