"Facebook"-da görüntüləri yayılan tibb bacısı Bakıda öldü - VİDEO - bakucity.az

"Facebook"-da görüntüləri yayılan tibb bacısı Bakıda öldü - VİDEO

Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakucity.az xəbər verir ki, ötən gün Nəsimi rayonu ərazisində, Səməd Vurğun bağının qarşısında “Mercedes” markalı minik avtomobili 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızının vurub. O,  “Mediclub” klinikasında 3 ay əvvəl işə başlayıbmış. Hadisə də elə klinikanın yaxınlığında baş verib. 

Ağır kəll-beyin travması almış, ayaqları sınmış, digər ağır xəsarətləri olan gənc tibb bacısı çalışdığı xəstəxanaya məxsus təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciəvi hadisədə vəfat edən Nəzərova Firəngiz Eldar qızı bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanımdır. Həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb. Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılmışdı. (Publika.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
212 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Ona Prezidentin fəxri diplomu təqdim edilib Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev Əməkdar memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Rasim Əliyev 1934-cü il 16 iyulda Gəncədə görkə...
Cəmiyyət
Təhülkəsizliyiniz üçün piyada keçidlərindən istifadə edin! Bakucity.az xəbər verir ki, vətəndaşların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməsi əksər hallarda bədxəxt hadisə ilə nəticələnir.  Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir. Lakin paytaxtda hələ də yolu piyada keç...
Hadisələr
İntiharın hansı səbəbdən baş verdiyi bilinmir Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib. İntihar edən şəxs Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənovdur. O, özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asıb.  Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Ticarət mərkəzində 44 min manatlıq oğurlu baş verib Bakucity.az xəbər verir ki, Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub. Bununla bağlı mağazanın sahibi Elçin Ələsgərov polisə müraciət edib.  O, şikayət ərizəsində qeyd edib ki, mağazada satılan yuyucu tozlar bu ilin martın 1-dən yoxa çıxmağa başlayıb və bu hal yulun 13-nə kimi davam edib. Bu müddət ərzində mağazadan 44 min 500 manatlıq yuyucu toz oğurlanıb. ...
Biznes
"Buta Airways" Bakı-Batumi aviareyslərinin sayını artacaq Bakucity.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu ilin iyulun 17-dən sentyabr ayının 18-dək müvafiq istiqamətlərdə müntəzəm uçuşların sayı artırılacaq.  Bakıdan Batumi istiqamətində müntəzəm uçuşlara bu ilin iyunun 14-dən etibarən başlanılıb. Hazırda uçuşlar həftədə iki dəfə yerinə yetirilir.  Qeyd edək ki, yeni uç...
Hadisələr
O, “Qırmızı kanal”a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib Bakucity.az  xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Pakistan İslam Respublikası vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib.  Sərnişin baqajını götürüb “Yaşıl kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş...
Ekologiya
Paytaxtda 16 iyula gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava yağmursuz olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24, gündüz  29-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütub...
Biznes
Pivə ilə birlikdə dadlı soyuq qəlyanaltılar da verilir Bakıda isti yay günlərində sərin bir məkanda pivə içmək istəyənlər az deyil.  Bakucity.az bu şəxslər üçün paytaxtda pivə içə biləcəkləri üç restoranın qiymət və xidmətlərini araşdırıb.  Bakıda ən məşhur pivə məkanlarından biri “PİVNAYA APTEKA” restoranıdır. Restoranın təkcə yaxşı pivələri deyil, həm də rahat interyeri diqqət cəlb edir: yumşaq yaşıl rəng, çobanyastığı rəflər, rahat divanlar və ən əsası...
Cəmiyyət
Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb Bakucity.az xəbər verir ki, Vergilər Nazirliyi “Bakı Şampan Şərabları” ASC-nin direktoru Saib Cabir oğlu Cəfərov barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazıb. S.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib. Həmin maddə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya...