Axşam saatlarında Bakıdakı bu yollarda sıxlıq olacaq

Axşam saatlarında Bakıdakı bu yollarda sıxlıq olacaq, Oral Aliyev

Sürücülərdən diqqətli olmaları xahiş edilib.

Bakucity.az xəbər verir ki, paytatda bir neçə yolda rənglənmə və təmir işləri aparılacaq. Belə ki, mayın 15-16-da səhər saatlarından etibarən Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri yeniləncək. 

Heydər Əliyev adına Beynəlxalq hava limanının yol qovşağından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Ceyhun bey Hacıbəyli küçəsi və Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı avtomobil tunellərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Qeyd edək ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər.

Bakucity.az 

Yolda təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər