Bülbülə qəsəbəsində anbardan oğurluq edilib.
Bakucity.az xəbər verir ki, oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov saxlanılıb.
Mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az