Bakıdakı yanğınla bağlı təqsirləndirilənlərə hökm oxundu

Bakıdakı yanğınla bağlı təqsirləndirilənlərə hökm oxundu

Qəsdən yanğın törədən şəxsə ağır cəza verilib.

Bakucity.az xəbər verir ki, bbu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlərə höküm oxunub.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, M. Məmmədov ömürlük, T. Məmmədhəsənov 4 il, M. Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

A. Məmmədovaya isə şərti cəza verilib. 

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Bakucity.az  

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər