Bakıda biznes forum keçiriləcək

Bakıda biznes forum keçiriləcək

Aİ-Azərbaycan biznes forumu keçiriləcək.

Bakucity.az xəbər verir ki, Biznes Forum Aİ-nin Azərbaycandakı nümayəndəliyi, Alman-Azərbaycan Ticarət Palatası və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə baş tutacaq. Mayın 13-də keçiriləcək 5-ci biznes forumda Azərbaycanda biznes mühiti haqqında ümumi sessiya, hökumət rəsmiləri və şirkət nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sahəsi ilə bağlı panel müzakirələri olacaq. 

Qeyd edək ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin “Facebook” səhifəsində məlumat verilib. (Ona.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər