Bakının mərkəzində atışma baş verib

Bakının mərkəzində atışma baş verib

Atışmanın bütün iştirakçıları saxlanılıb.

Bakucity.az xəbər verir ki, mayın 13-dən 14-nə keçən gecə 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, şəhərin mərkəzində ictimai asayişi pozublar. 

Hadisə Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib.

Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. İsa Əzizov bıçaqla asayiş keşikçisinə müqavimət göstərib. 

Hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açılıb.

Bakının mərkəzində atışma baş verib, fotoşəkil-1

Qeyd edək ki, İsa Əzizov general-leytenant Məhərrəm Əliyevin qohumudur. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər