Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın görüntüləri yayılıb - VİDEO

Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın görüntüləri yayılıb - VİDEO, Oral Aliyev

Paytaxtda tələbələr arasında baş vermiş davanın görüntüləri yayılıb. 

Bakucity.az xəbər verir ki hadisə ötən gün paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb. Görüntülərdə də, ona heç bir xəsarət yetirilmədiyi görünür.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az  

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər