Bakıda tramvay və trolleybusların bərpa olunacağı vaxt açıqlandı - bakucity.az

Bakıda tramvay və trolleybusların bərpa olunacağı vaxt açıqlandı

“Bu, dövlət proqramında da öz əksini tapıb”.

Avropada və dünyanın əksər ölkələrində tramvaylar hələ də işləyir. Bəzi böyük şəhərlərdə isə sürətli tramvaylar fəaliyyət göstərir. Türkiyədə isə sərnişindaşımada metrobusların istifadəsi tətbiq olunur. Bəs, Bakıda tramvay və trolleybus xətlərinin yenidən bərpası mümkündürmü? İllərdir tətbiqi gözlənilən və dəfələrlə müzakirələrə səbəb olan metrobus təcrübəsi necə, paytaxtda gözləniləndirmi?

Bakucity.az bu suallara cavab axtarıb. Materialı oxuculara təqdim edirik.

Mais Ağayev: “Bu xidmətin müasir tələblər səviyyəsində qurulması əsas hədəfimizdir”

Saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin dediyinə görə, alternativ ictimai nəqliyyat növlərinin yaradılması istiqamətdə zəruri addımlar mərhələli qaydada atılacaq:

“Vətəndaşlara yaxşı sərnişindaşıma xidmətinin göstərilməsi həm təhlükəsizlik, həm də keyfiyyət baxımından vacibdir. Bu xidmətin müasir tələblər səviyyəsində qurulması əsas hədəfimizdir. Bununla bağlı dövlət başçısı tərəfindən də qarşımızda konkret tələblər qoyulub. Qeyd edim ki, bu tapşırıqların icrası çərçivəsində hazırda avtobus parkının yenilənməsi və kart sisteminin əhatə dairəsinin genişləndirilməsi işləri gedir. Alternativ ictimai nəqliyyat növlərinin yaradılması məsələsi ötən ilin sonunda qəbul edilən dövlət proqramında da öz əksini tapıb”.

Bunu da oxu: Bakıya ikimərtəbəli elektrik qatarları gətiriləcək - AÇIQLAMA

Mais Ağayavev qeyd edib ki, nəzərdə tutulan bütün bu işlərin tətbiqindən sonra Bakı Nəqliyyat Agentliyi (BNA) tramvay və trolleybus xətlərinin bərpası və metrobus təcrübəsi məsələlərinə baxacaq.

Elməddin Muradlı: “Ötən bu aylar ərzində ciddi addımlar atan olmayıb”

Mövzu ilə bağlı münasibət birldirən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, bu cür nəqliyyat vasitələrinin Bakıda yenidən bərpa edilməsi üçün paytaxtda lazım olan şərait var, amma tamamilə dağılmış bu infrastrukturu  yenidən qurmaq asan başa gəlməyəcək:

“Ötən il ölkə Prezidenti İlham Əliyev tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı təstiqlənib. Proqramda bizim hər bizirimizi düşündürən, marağımızda olan məsələlər öz əksini tapıb. Çünki biz sürücü, sərnişin, piyada olaraq istənilən halda yol hərəkəti iştirakçısıyıq. Ona görə də bu proqram həyatımızın əksər hissəsini təşkil edir və biz hamımız maraqlıyıq ki, yollarımızda insanlar dünyalarını dəyişməsinlər. Proqramı dərhal və geniş şəkildə həyata keçirmək, proqrama dair yeni təkliflər vermək lazımdır. Bir sözlə, qısa zamanda texniki cəhətdən istifadə müddəti bitmiş nəqliyyat vasitələrini tamamilə yığışdırmaq, onları tramvay və  trolleybuslarla əvəzləmək mütləqdir. Çünki onlar digər nəqliyyat vasitələrindən daha təhlükəsiz və ekoloji cəhətdən təmizdir. Düzdür, bu nəqliyyat növlərini əvvələr keçdikləri bütün küçələrdə bərpa etmək çətindir, amma Fizuli küçəsi, Beşmərtəbə dairəsi, Heydər Əliyev və Moskva prospektləri, Bakı-Sumqayıt yolu kimi bir çox küçə və prospektlər, hətta əvvəlkinə nisbətən genişlənən yollar var. Yusif Səfərov küçəsi və Nefçilər prospektində bunu daha tez etmək olar”. 

Bunu da oxu: Bakı metrosunda üçmərtəbəli stansiyalar açılacaq - YENİLİK

Ekspertin fikrincə, şəhərdə tıxacların qarşısını almaq üçün də əlverişli olan bu nəqliyyat növlərinin istifadəyə verilməsi üçün dənizüstü və dənizaltı, dağların arası və ya altı ilə yollar da çəkmək olar:

“Tramvay və trolleybus kimi ictimai nəqliyyat növlərinin yaradılması, tətbiq edilməsi şəhər sakinləri üçün çox əlverişlidir. Paytaxtda sıxlığı azaltmaq üçün atılan addımlardan bəlkə də ən vacibi elə bu olardı. Çünki paytaxtda istər avtobus, istər taksi, istərsə də metro kimi nəqliyyat vasitələri yetəri qədər rahat və təhlükəsiz deyil. İnsanlar məcburən şəxsi avtomobillərindən istifadə edirlər ki, bu da yollarda sıxlığa, aşırı tıxaclara səbəb olur. Xarici ölkələrdə isə demək olar ki, yalnız böyük iş görüşmələrinə və ya çox özəl məqamlarda şəxsi avtomobillərdən istifadə olunur.  Kənar-dairəvi yola çıxmaq bəzən problem yaratdığına görə, Türkiyədə olduğu kimi, bizdə də dağların arası və altı ilə tunellər çəkmək olar. Məsələn, “20 Yanvar”dan Qaradağ rayonu istiqanətinə tamam yeni bir layihə işləmək imkanımız var”.

Metrobus təcrübəsi faydalıdırmı?

Ekspert metrobüs təcrübəsinin Bakıda mümkün olduğunu və bunun paytaxtdakı tıxacları azaldacağını qey edib:

“Bakıda metro tikintisini elə aparırlar ki, sanki metro yalnız yerin altında olmalıdır. Ancaq bu belə deyil. Metro stansiyalarının da açıq havada dayanacaqları olmalıdır və metrobüs nəqliyyat növünün də tətbiq olunması bundan irəli gələn bir məsələ kimi mümkündür”.

Qeyd edək ki, Bakıda 2000-ci ildə əlverişli nəqliyyat növü hesab olunan tramvayların yığışdırlması əhalinin narazılığına səbəb olmuşdu.

Bunu da oxu: Bakıda niyə bütün avtobuslar kart sisteminə keçmir? - ARAŞDIRMA

Ötən il dekabrın 27-də isə ölkə prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı” təstiqlənib və həmin proqramda bu cür ictimai nəqliyyat vasitələrinin yenidən bərpası məsələsi öz əksini tapıb. Proqramda bu işlərin görülməsi üçün 5 il müddət nəzərdə tutulub.

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1792 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Tamara Qverdtsiteli "Jara-2019" beynəlxalq musiqi festivalında çıxış edəcək Bakucity.az xəbər verir ki, Gürcüstanın və Rusiyanın xalq artisti Tamara Qverdtsiteli paytaxtda sevilən mahnılarını səsləndirəcək.  Bu barədə "Jara-2019"-un rəsmi "İnstagram" səhifəsində məlumat verilib: "Gürcüstanlı sənətçi Tamara Qverdtsiteli kimi iştirakçılar hər hansı bir tədbirin statusunu müəyyənləşdirirlər.  Gerçək bir pop əfsanəsi, təəccüblü timbre və sadiq bir qadın - 26 ...
Hadisələr
Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakimlər kollegiyasının hökmünə əsasən, İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı...
Hadisələr
Türkiyənin şirkətinə məxsus avtobusada yanğın baş verib Bakucity.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mercedes" markalı avtobusla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən avtobusda yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. (Baku.ws) Bakucity....
Hadisələr
Paytaxtda ticarət mərkəzindən oğurluq olub Bakucity.az xəbər verir ki, nəticəsində bu il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlanıb.  Qaradağ polisinin keçirdiyi əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, orada satıcı işləmiş Abşeron rayon sakini C.Şükürov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.  Bakucity.az
Ekologiya
Paytaxtda iyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti...
Mədəniyyət
Məşhur sənətçi "Jara-2019" beynəlxalq musiqi festivalına hazırlaşır Bakucity.az  xəbər verir ki, rusiyalı müğənni, şair və bəstəkar Leonid Aqutin iyulun 25-28-də Bakıda keçiriləcək "Jara-2019"-da çıxış edəcək.  Leonid Aqutin "Moskva-Bakı" protalına müsahibəsində bunları deyib: "Bakıya gedən qatar - bu, hər zaman bir hədiyyədir! Bakıya gəlməkdən zövq alıram. Mən həmişə Bakıda özümü yaxşı hiss edirəm. Hər zaman Azərbaycanın paytaxtının inkişafından danışıram...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib Bakucity.az xəbər verir ki, DİN-nin müraciətində qeyd edilib ki, vətəndaşlar müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat verməlidir. Qeyd edək ki, Bakıda kirayə qalanların sayı üstünlük təşkil edir. Bu baxımdan paytaxtda kirayədə qalanlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa 7 gün ərzində müraciət edib qeydiyya...
Hadisələr
Bu barədə hadisə şahidləri bildiriblər Bakucity.az xəbər verir ki, sözügedən şəxs Xətai rayonunun Xuda Məmmədov küçəsi 25 ünvanında, “Modern” idman əyləncə mərkəzinin yaxınlığında təhlükəsizlik kamerasına düşüb.  Görüntülərdə orta yaşlı kişi zivələrdən qadın alt paltarlarını oğurlayır. Kişi ipdən asılan paltarların heç birinə dəymir. Yalnız qadın alt paltarlarını götürür. Vətəndaşlar həmin şəxs barədə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə də m...
Hadisələr
Paytaxtda döyülmə hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi M.Ziya küçəsində yaşayan 1955-ci il təvəllüdlü Salayeva Səmayə Həbibulla qızı kürəkəni tərəfindən döyülüb.  Yaralı xəstəxanaya çatdırılıb. Ona təpə-ənsə nahiyəsinin əzilmiş-kəsilmiş diaqnozu qoyulub. Faktla bağlı polis araşdırma aparır. (Bakupost.az) Bakucity.az