Paytaxtda yol qəzası baş verib.
Bakucity.az xəbər verir ki, hava limanı yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında 71 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub.
Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (Report)