Bakıda yol qəzasında 3 nəfər yaralandı

Bakıda yol qəzasında 3 nəfər yaralandı, Oral Aliyev

Paytaxtda ağır yol qəzası baş verib.

Bakucity.az xəbər verir ki, 3 nəfərin xəsarət alması ilə nəticələnən hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

“Niva” markalı minik avtomobili hərəkətdə olarkən onunla arxadan gələn maşın toqquşub. 

Nəticədə “Niva”-nın sürücüsü 1963-cü il təvəllüdlü Mehrac Məmmədov, sərnişinlər 1956-cı il təvəllüdlü Nəbi Məmmədov və 1964-cü il təvəllüdlü Arif Əfəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. 

N. Məmmədova almacıq sümüyünün, A. Əfəndiyevə isə bazu sümüyünün sınığı diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər