Bakıda bu universitetlərə yeni prorektor təyin olundu - SİYAHI

Bakıda bu universitetlərə yeni prorektor təyin olundu - SİYAHI, Oral Aliyev

Bakıda bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib. 

Bakucity.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə üzrə prorektor vəzifəsinə təyin olunub. 

Bundan başqa, Bakı Slavyan Universitetinin (BSU) ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov da tutduğu vəzifədən azad edilib. Ona BDU-nun ümumi işlər üzrə prorektoru vəzifəsi həvalə olunub. 

BSU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Əbdül Xaliqov gətirilib. Ə.Xaliqov bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıb. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Tural Cəlilov təyin edilib. O, bu təyinata qədər ADU-da işləyib. 

Qeyd edək ki, bu barədə təhsil naziri müvafiq əmr imzalayıb.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər