Paytaxtda sabaha gözlənilən hava durumu açıqlanıb.
Bakucity.az xəbər verir ki, mayın 17-də Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Qeyd edək ki, bu barədə Milli Hidrometeorologiya Departamentindən bildiriblər.
Bakucity.az