Bakıdan Həştərxana birbaşa uçuşlara başlanıldı

Bakıdan Həştərxana birbaşa uçuşlara başlanıldı

Bakıdan Rusiyanın Həştərxan şəhərinə birbaşa uçuşlara başlanılıb.

Bakucity.az xəbər verir ki, "Buta Airways"in həyata keçirdiyi uçuşlar hər həftənin I və IV günləri “Embraer E190” təyyarələri ilə təşkil edilir.

Biletin qiyməti minimal tarifi 29 avrodur (bir tərəfə). 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyat nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar.

Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan “Buta Airways” aviaşirkəti "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər