Paytaxtda su xəttində qəza baş verib.
Bakucity.az xəbər verir ki, Nizami rayonunda 150 mm diametrli su xətti partlayıb.
Dərhal hadisə yerinə qəza xidməti cəlb edilib və xəttə suyun verilişi dayandırılıb. Ətraf ərazilərə içməli suyun verilişində fasilə yaranıb.
Hazırda problem aradan qaldırılır və yaxın vaxtda əraziyə suyun verilişi bərpa ediləcək.
Qeyd edək ki, sbu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. (Azxeber.com)
Bakucity.az