Bakıda keçmiş məmur kriminal avtoriteti öldürdü

Bakıda keçmiş məmur  kriminal avtoriteti öldürdü, Oral Aliyev

Paytaxtda Emin Səfərovu öldürən şəxs məlum olub.

Bakucity.az xəbər verir ki, bu, Dövlət Miqrasiya Xidmətinin keçmiş əməkdaşı Zaur Yusifovdur. O,  Emin Səfərova 60 bıçaq zərbəsi endirib.

Bildirilib ki, bu sözləri cinayət işində təqsirləndirilən şəxs – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlu Z.Yusifovun əleyhinə verdiyi ifadədə bildirib.

Z.Yusifov mayın 14-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində  düşən kütləvi davada Səfərov Emin Ehtiram oğlu öldürülüb. E.Səfərov çoxsaylı bıçaq yaraları alıb və hadisə yerində keçinib. O, cinayət aləmində “Emin 444” və “Emin Massalinski” kimi tanınırdı. (Oxu.az)

Bakucity.az 

Bakıda cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər