Bakıda quldur dəstə evə silahlı basqın edib

Bakıda quldur dəstə evə silahlı basqın edib, Oral Aliyev

Paytaxtda naməlum şəsxlər mənzilə basqın edib.

Bakucity.az xəbər verir ki, maskalı şəxslər səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində qəsəbə sakini Sudabə Salayevanın evinə silahlı basqın edib. Onlar ev sahibindən hədə-qorxu ilə qızıl və pul tələb ediblər. Nəticədə ondan 5100 dollar alaraq qaçıblar.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin müəyyənm edilərək saxlanılması istiqamətində tədbirlər görülür. (Trend)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər