Bakı klubu 13 futbolçu ilə yollarını ayırdı - SİYAHI

Bakı klubu 13 futbolçu ilə yollarını ayırdı - SİYAHI

“Keşlə” futbol klubu 13 futbolçunu yola salıb. 

Bakucity.az xəbər verir ki, yola salınan futbolçular - Davud Kərimi, Kamran Ağayev (qapıçılar), Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov, Edvinas Qirdvaynis, Denis Silva Kruz, Nikola Mitroviç, Jonatan Ayite, Andre Klenon, Valeri Kutsenko və Anxelo Penyadır. 

Qeyd edək ki, ilk dəfə “Keşlə” adı ilə çıxış edən klub Premyer Liqada 23 xalla sonuncu – VIII sıradadır. 

Bununla belə, AFFA Lisenziya Komissiyası komandanın növbəti mövsüm də elitada çıxış edəcəyinə dair qərar çıxarıb.

Bakucity.az 

Futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər