Bakıda litvalı kinorejissorla görüş keçirildi - FOTO

Bakıda litvalı kinorejissorla görüş keçirildi - FOTO, Oral Aliyev

Görüşdən sonra film nümayiş etdirilib. 

Bakucity.az xəbər verir ki, “CinemaPlus Azərbaycan” premium kinoteatrında Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş keçirilib. Görüş Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. 

Görüşdən sonra isə rejissorun “Древний лес” ("Qədim meşə") filmi nümayişi etdirilib. 

Litvalı bioloq və dokumentalist Mindaugas Survila öz layihəsinin həyata keçirilməsinə 12 il vaxt sərf edib. Filmin çəkilişləri Litvanın ən qədim meşəsində aparılmışdır. Bədii və fərqli tərzdə olan bu film tamaşaçılara təbiətə - meşə yanğınlarından tutmuş canavar mağarası və qara leylək yuvasına, daha sonra meşənin dərinliklərinə baş çəkib və bu torpağın insanlarına qayıdaraq sonsuz səyahət təklif edir. Filmdə kadrarxası mətn yoxdur, yalnız kameranın obyektivinə düşən müxtəlif çox az eşidilən səslər və meşənin sehirli mühiti var. 

Bakıda litvalı kinorejissorla görüş keçirildi - FOTO, fotoşəkil-1 Bakıda litvalı kinorejissorla görüş keçirildi - FOTO, fotoşəkil-2 Bakıda litvalı kinorejissorla görüş keçirildi - FOTO, fotoşəkil-3

Bakucity.az  

Film
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər