Bakıda hava limanı gücləndirilmiş rejimdə işləyəcək

 Bakıda hava limanı gücləndirilmiş rejimdə işləyəcək

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimə keçəcək.

Bakucity.az xəbər verir ki, bu, Bakıda keçiriləcək UEFA Avropa Liqası finalının keçiriləcəyi dövr üçün nəzərdə tutulub. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək.

Artıq mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən artıq müraciət təsdiqlənib. Bura həmçinin 16 biznes aviasiya reysi daxildir, 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək. Həmçinin, “Türk Hava Yolları”, “Air Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airways” və s. kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət ediblər. 

Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq.

Bakucity.az 

Hava limanı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər