Paytatxda baş verən yol qəzasının görüntüləri yayılıb.
Bakucity.az xəbər verir ki, aprelin 27-də zibil maşını yol kənarında dayanan avtobusa çırpılıb. Nəticədə 24 sərnişin xəsarət alıb.
Göründüyü kimi, avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaldır, nə də zolağı dəyişib hərəkətini davam etdirir. Ehtimal edilir ki, o, sükan arxasında yuxulayıb.
Bakucity.az