Ötən aydan torpaq bazarında canlanma yaranıb.
Hazırda Bakıda və Abşeron yarımadasında torpaq alqı-satqısı 10 faizə qədər artıb. Bu artım Bakıətrafı ərazilərdə daha çox müşahidə edilir.
Əmlak ekspertləri isə bildirirlər ki, bu canlanma mövsümi xarakter daşıyır.
Bakucity.az Bakıda satışa çıxarılan ən ucuz və bahalı torpaq sahələrinin qiymətini araşdırıb.
Ən bahalı torpaq sahələri; 1, 2, 3 sot
Səbail rayonu Badamdar qəsəbəsinin elit yerlərindən hesab olunan 3-cü massivdə 1 sot torpaq sahəsi 29 000 manata satılır. İki tərəfi küçəyə baxan torpağın çıxarışı, yaxınlığında məktəb və uşaq bağçası, həmçinin qaz, su, işiq, telefon xətləri var.
Elanın linki: https://bina.az/items/1079104
Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 2 sot torpaq sahəsi 95 000 manata satışa çıxarılıb. Əraziyə yaxın yerdə avtobus dayanacağı, məktəb və uşaq bağçası var.
Elanın linki: https://bina.az/items/1042686
Bakı şəhəri, Binəqədi rayon Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində yerləşən 3 sot torpaq sahəsi isə 100 000 manata satılır. Ərazinin Bələdiyyə sənədi var.
Elanın linki: https://bina.az/items/1062306
Ən ucuz torpaq sahələri; 4, 5, 6 sot
Bakının Qobu kəndində Kərpic zavodla paralel küçədə 8 sot torpaq sahəsinin 4 sotu 4 000 manata satılır. Magistral yola yaxın, bütün kommunal xətləri olan bu torpağın sənədləri qaydasındadır və qiymətdə endirim mümkündür.
Elanın linki: https://bina.az/items/1060740
Xəzər rayonu Bina qəsəbəsi, Kanal üstü adlanan ərazidə yerləşən 5 sot torpaq sahəsi 5 000 AZN-ə satılır. Ərazidə işiq xətti var, qaz isə yaxın zamanda çəkiləcək. Yaxınlıqda tikinti materialı dükanı və dayanacaq var. Torpağın çıxarışı və tikinti üçün icazə sənədi də alınıb.
Elanın linki: https://bina.az/items/1068163
Abşeron rayonu Masazır qəsəbəsində yeni çəkilən Saray yolunun yaxınlığında çıxarışı olan 6 sot torpaq sahəsi 7 000 Azn-ə satılır. Ərazidə qaz, işıq və bütün şərait var. Qiymətlə bağlı razılaşma təklif olunur.
Elanın linki: https://bina.az/items/1074876
Ramilə Qardaşxanqızı
Bakucity.az