Paytaxtda hamilə qadın əri tərəfindən bıçaqlanıb.
Bakucity.az xəbər verir ki, Abşeron rayonu Fatmayi qəsəbəsində yaşayan 19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda onun vəziyyəti ağırdır.
“Həkimlər təcili olaraq qadını cərrahi əməliyyata alıb. O, 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq xəsarətlərindən ölüb. Qadının vəziyyəti ağırdır. Reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”, - Kliniki Tibbi Mərkəzdən bildirilib.
O, dərhal cərrahi əməliyyat edilib. Bıçaq zərbələri qadının qarın nahiyəsinə dəydiyi üçün ananın bətnindəki uşaq tələf olub.
İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.
Bakucity.az