Bakıda qadının pulunu oğurlayanlar həbs edildi

Bakıda qadının pulunu oğurlayanlar həbs edildi

Paytaxtda oğurluq edən şəxslər saxlanılıb.

Bakucity.az xəbər verir ki, saxlanılan şəxslər Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Nizami Əkbərzadə və Mingəçevir şəhər sakini əvvəllər oğurluğa görə məhkum olunmuş Emil Məmmədovdur. 

Onlar mayın 16-da Bakı şəhər sakini C.Sultanovanın çantasından içərisində 120 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlayıblar. Bu barədə qadın Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciətində bildirib. 

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Şöbə əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bakucity.az 

Bakıda oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər