Bakıda avtomobil piyadaları vurdu, ölü və yaralı var - VİDEO

Bakıda avtomobil piyadaları vurdu, ölü və yaralı var - VİDEO

Bakıda dəhşətli yol qəzası baş verib.

Bakucity.az xəbər verir ki, paytaxtda avtomobil piyada keçidindən yolu keçən vətəndaşları vurub. 

Digər avtomobillər piyadalara yol vermək üçün dayanasalar da, ağ rəngli avtomobilin sürücüsü yüksək sürətlə hərəkəti davam etdirib. 

Hadisə nəticəsində iki qadın ağır xəsarət alıb. Onlardan biri hadisə yerində keçinib. Digər qadın isə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Avtomobil yol ayrıcında keçdikdən sonra “BakuBus” avtobusuna çırpılaraq dayanıb. 

Qeyd edək ki, hadisənin görüntülərini Daxili İşlər Nazirliyinin (DİN) təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. (Avtosfer.az)

Bakucity.az  

Yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər