İsrailli musiqiçinin Bakı konsertinə hazırlıqlar davam edir - FOTO

Məşhur musiqiçi ilk dəfə Bakıda konsert verəcək.

Bakucity.az xəbər verir ki, mayın 25-də saat 20:00-da, Heydər Əliyev Sarayında baş tutacaq konsertə hazırlıqlar davam edir.

Bunununla bağlı gün ötən “Landmark" otelində konsertə həsr olunmuş mətbuat konfransı keçirilib. 

Konfransa moderatorluğu “124 Studios” şirkətinin icraçı direktoru Orxan Nəbiyev edib. 

Mətbuat konfransda “United Cultures” şirkətinin icraçı direktoru Paola Casagrande, İsrailin Azərbaycandakı səfirliyinin birinci müşaviri Avital Rozenberq, Bakı metropoliteninin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva, “My Way Travel” şirkətinin biznesin inkişafı meneceri Samirə Həsənzadə və Azərbaycanın əməkdar artisti Bəyimxanım Vəliyeva çıxış ediblər. 

Konsertə görə çox həyəcanlı olduğunu bildirən Avital Rozenberq mətbuat nümayəndələrinə məşhur kamança ifaçısı Mark Elyahu barədə maraqlı faktlar danışıb:

“Dost ölkədə israilli musiqiçinin konsertini keçirmək bizim üçün çox böyük şərəfdir. Çünki Mark Eliyahunu Azərbaycana möhkəm bağlar bağlayır. Bunu onun həyat tarixçəsi deyir. Markın babası da kamaça ifaçısı olub. Özü isə hələ 20 il öncə Habil Əliyevin kamança ifasından təsirlənib və bu alətə aşırı maraq göstərib. Köklərə bu cür qayıdış, qan yaddaşı Markı Azərbaycana köçməyə vadar edib. O, Bakıda 2 ilə yaxın yaşayıb və kamança dərsləri alıb. Bu, emosianal, ürəyə yol açan bir konsert olacaq. Mən hər kəsi konsertə dəvət edirəm”.

Konsertdə Mark Eliyahu ilə səhnəni bölüşəcək Bəyimxanım Vəliyeva “Do you remember” mahnısını canlı ifa edəcəyini bildirib:

“Markla ilk dəfə tanışlığımız 2009-ci ildə İsraildə keçirilən Muğam Festivalında olub. Konsertdə yalnız Mark və onun musiqiçi heyəti, ifaçı olaraq isə mən çıxış edirdim. Sonra daha da sıx əlaqələrimiz başladı və 2015-ci ildə bir daha İsraildə keçirilən muğam festivalına dəvət aldım. Beləcə dostluğumuz davam etdi. Mark mənə Bakıda keçirəcəyi konsertdə ifa etməyim üçün mahnı təklif etdi, amma o mahnı xoşuma gəlmədi. Onun yaradıcılığına baxanda isə qarşıma “Do you romember” adlı mahnı çıxdı və çox bəyəndim. Mahnıya söz olaraq Məhəmmədhüseyn Şəhriyarın “Ulduz sayaraq” şeirini Marka təklif etdim. Ərsəyə gələn mahnını isə bu il İsraildə keçirilən Ud festivalında səsləndirdim və çox da gözəl qarşılandı”. 

Konfransda çıxış edən Lalə Babayeva isə “Bakı Metropoliteni” QSC-nin “United Cultures”, “124 studios” və Mark Elyahu ilə əməkdaşlıq çərçivəsində “Növbəti stansiya...Journey!” promo-kompaniyası barədə məlumat verib:

"BakıKart" sahibi olan 10 nəfər Mark Elyahunun Bakıdakı konsertinə dəvətnamə qazanmaq şansı əldə edə biləcək. Bunun üçün istifadəçilər www.124studios.az saytında kartlarının İD kodu ilə qeydiyyatdan keçməlidirlər. Mark Elyahunun Bakı konsertinə artıq bilet əldə edənlər isə musiqiçinin növbəti, 25 iyunda İstanbuldakı konsertinə bilet qazana bilərlər. Bunun üçün isə "BakıKart" İD kodundan əlavə, biletinizin nömrəsini də qeyd etməlisiniz. Konsertə gediş və otel xidmətləri uduşa daxildir. Kompaniya mayın 20-nə kimi keçərlidir”.

Qeyd edək ki, Mark Eliyahunun konsertin təşkilatçıları “United Cultures” və “124 Studios” şirkətləri, tərəfdaşları isə Gəncə şəhər İcra Hakimiyyəti, “Bakı Metropoliteni” QSC, “The Landmark Otel” və biznes mərkəzi “My Way Travel”dir.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Konfrans
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu əsas prinsip kimi müəyyən olunur Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin müasir səviyyədə və innovativ əs...
Ekologiya
Külək arabir güclənəcək Azərbaycanda istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə,  Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temper...
İdman
“Başakşəhər” “Kopenhagen”lə qarşılaşacaq İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. BakuCity.az-ın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən bu mərhələdə komandalar rəqiblərini tanıyıblar. Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” 1/8 finalda Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq. Oyunlar martın 12-də və 19-da keçiriləcək. 1/8 final “Başakşəhər” (Türkiyə) - “Kopenhagen” (Danimarka)“Olimpiakos” (Yuna...
Hadisələr
100 gündən çox vaxt keçsə də, ekspertizanın rəyi hələ hazır deyil Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir. BakuCity.az-ın məlumatına görə, bu sözləri Oxu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib - şərh edən məşhur vəkil Türkel Süleymanlı deyib. Xatırladaq ki, noyabrın 21-də universitetin Yasama...
Hadisələr
Bitişik mağaza yanğından mühafizə olunub Bakıda avtomobil yuma məntəqəsində yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən Baku.ws-ə bildirilib. Hadisə Nizami rayonunda, “Lotos” Ticarət Mərkəzinin arxasında yerləşən avtomobil yuma məntəqəsində qeydə alınıb. Ümumi sahəsi 40 m² olan məntəqənin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb. Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza...
Kriminal
Araşdırma aparılır Biləcəridə qadını döyüb maşınını əlindən aldılar. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi polisinə müraciət edən Abşeron rayon sakini İ.İbrahimova fevralın 26-da “Mercedes” markalı avtomobilində Bakı şəhər sakini olan tanışı F.Quliyevanı Biləcəri qəsəbəsindən evinə aparmaq istəyərkən onun tanışları olan 3 nəfər tərəfindən döyülərək nəqliyyat vasitəsinin və mobil telefonunun alındığını bildirib. Keçirilmiş əməliyyat-...
Mədəniyyət
Final mayın 16-da olacaq “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb. BakuCity.az-ın məlumatına görə, bu il ölkəmizi Rotterdam şəhərində Samirə Əfəndi təmsil edəcək. Daha öncədən də “Avroviziya” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samirə Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” və “Səs Azərbaycan” kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Təmsilçi 20...
Cəmiyyət
Bəs 101 qızılgül buketi neçəyə başa gələcək? Güllər qədər gözəl, təravətli olan xanımların əksəriyyəti onlara xas özəl günlərdə gül hədiyyə almağı xoşlayır. Çünki gül paklıq, sevgi, gözəllik və romantikanın əsas göstəricilərindəndir. Gülləri yalnız gözəl olduğu üçün deyil, hər birinin öz mənası olduğuna görə də xüsusi hesab edirlər.  Gül mağazalarında ən çox alınan isə qızılgüllərdir. Müştərilər daha çox qırmızı qızılgüllərə üstünlük verirlər. Qızılgül göz...
Cəmiyyət
Koronavirus qripin bir növüdür, yəni deyildiyi qədər təhlükəli deyil Bu gün koronavirus infeksiyası ilə bağlı informasiyalar demək olar ki, bütün ölkələrin gündəmini zəbt edib. Maraqlıdır, hətta yoluxma faktı qeydə alınmayan ölkələrdə belə virusla bağlı müxtəlif informasiyalar yayılır. Elə ölkəmizdə olduğu kimi. Hazırda Azərbaycanda vəziyyət necədir? Virusun yayılma ehtimallarına qarşı hansısa işlər görülür? Nələrə diqqət yetirilməlidir? BakuCity.az AzTV.a...