Bakıda 26 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bakıda 26 dərəcə isti olacaq - HAVA PROQNOZU

Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb.

Bakucity.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında mayın 18-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Bakucity.az 

Paytaxt
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər