Bakıda polis avtomobildən silah-sursat tapdı

Bakıda polis avtomobildən silah-sursat tapdı, Oral Aliyev

Qaradağ rayonunda avtomobildən silah-sursat aşkarlanıb.

Bakucity.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinə Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə silah-sursat olduğu haqda məlumat daxil olub. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticəsində avtomobildən “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər