Bakıda YPX maşını qaydaları kobud şəkildə pozdu - VİDEO

Bakıda YPX maşını qaydaları kobud şəkildə pozdu - VİDEO, Oral Aliyev

Qayda pozuntusunun görüntüləri yayılıb. 

Bakucity.az xəbər verir ki, Bakıda yol polisinə məxsus “99-YP-394” dövlət nömrə nişanlı “BMW" markalı avtomobil hərəkətdə olarkən bir neçə yol hərəkəti qaydasını pozub. 

Belə ki, YPX avtomobili Badamdar şosesinin Mətbuat prospekti ilə kəsişməsində yerləşən dairədə nişanın tələblərinə məhəl qoymayıb. Daha sonra yol polisi qoşa xəttin tələblərini də kobud şəkildə pozaraq, qarşı yola çıxıb. 

Bundan başqa, manevrlər edən zaman yol polisi avtomobilinin dönmə işıqlarından və sayrışan işıqlardan istifadə etməməsi də diqqət çəkib. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər