Bakıda qız anasını döyüb küçəyə atdı - VİDEO

Bakıda qız anasını döyüb küçəyə atdı - VİDEO, Oral Aliyev

Mənzillə bağlı mübahisə dava ilə nəticələnib. 

Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə qeydə alınıb. 

1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb. 

Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-ci ildən qızının məskunlaşdığı Nərimanov rayonundakı mənzilində yaşayıb.

A.Əkbərova evi satacağını anasına deyərək, onun bu mənzildən qeydiyyatdan çıxmasını tələb edib. Qızı ona bildirib ki, bundan sonra Türkiyədə yaşayacaq. Ana və qızı arasında mübahisə dava ilə nəticələnib. (Ona.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər