Sabunçuda qadın naməlum şəraitdə bıçaqlanıb.
Bakucity.az xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Belə ki, 1986-ci il təvəllüdlü Həsənova Mahnur Bəxtiyar qızı yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakucity.az