Bakıda silahlı atışma, daha 2 nəfər həbs edildi

Bakıda silahlı atışma, daha 2 nəfər həbs edildi

Silahlı atışmaya görə daha iki nəfər saxlanılıb.

Bakucity.az xəbər verir ki, biznesmen oğlu İsa Əzizovla “razborka”da iştirak edən və kriminal aləmə yaxın şəxslər olan Elçin Sadıq və Yasin Əhmədov tutulub. Onlar hadisə yerindən qaçdıqları üçün bir neçə gündür axtarılırdı.

Xatırladaq ki, “Ramal” Ticarət Mərkəzinin rəhbəri Nadir Əzizovun oğlu İsa Əzizov həmin “razborka”da qarşı tərəfə “Vinçester” markalı silahdan atəş açıb. Atəş hədəfə dəymədiyi üçün yaralanan olmayıb. Lakin İ.Əzizov onları saxlamaq üçün hadisə yerinə gələn polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Bu işlə bağlı 3 maddə üzrə cinayət işi başlanılıb, İ.Əzizov da daxil olmaqla 10-a yaxın şəxs saxlanılıb. (Qafqazinfo.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər