Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO

Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO

“British Council” Bakı sakinlərini növbəti dəfə Birləşmiş Krallığın film dünyasına dəvət edir.

Bakucity.az xəbər verir ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və “British Council” nümayəndəliyinin təşkilati dəstəyi ilə “Park Cinema” kinoteatrlar şəbəkəsində “Britaniya kinosunun baharı” adlı beşinci festivala start verilib. 

Böyük Britaniyanın ən populyar, həyəcan verici və yeni  filmləri Bakı sakinlərinə təqdim olunacaq.

“Britaniya film baharı”nı 2019-cu ilin "Ən yaxşı film"inə görə Oskar mükafatına namizəd olan "The Favourite" filmi açacaq. Filmdə baş rolun ifaçısı 2019-cu ilin Oskar mükafatının qalibi olmuş Olivia Colmandır. Bütün filmlər Azərbaycan dilində subtitrlərlə ingilis dilində nümayiş etdiriləcək.

“British Council”un Azərbaycandakı rəhbəri Samr Şah mətbuat konfransında jurnalistlərə bu ilki festivalın əsas mövzusu haqqında məlumat verib:

“Britaniya kinosunun baharı” festivalı son zamanların maraqlı və gözlənilən Britaniya filmlərini təqdim edir. Film festivalının dominant mövzusu müxtəliflik və fərqliliklərin təntənəsidir. Biz bu ənənəni Böyük Britaniyanın Bakıdakı səfirliyi ilə bərabər, kinematoqrafiya uğurlarımızla Azərbaycan tamaşaçıları ilə bölüşmək və ölkələrimizin xalqlarını bir araya gətirməkdən məmnunuq”.

S. Şah həmçinin ingilis dilində filmlərin göstərilməsinin vacibliyini də vurğulayıb. Çünki bu ingilis mədəniyyətini dərk etmək və eyni zamanda ingilis dilini öyrənmək üçün böyük imkandır.

Bunu da oxu: “Jara-2019”da çıxış edəcək yerli məşhurların adı açıqlanıb - FOTO

“Hesab edirik ki, festival ingilis dilində təcrübə üçün böyük imkan yaradır, insanları bir araya gətirir və ünsiyyət qurmağa kömək edir. Həmçinin, qeyd etmək istərdim ki, filmlərimizin nümayiş etdirilməsi üçün həmişə olduğu kimi, müntəzəm tərəfdaşlarımızı, "Park Cinema" kinoteatrlar şəbəkəsini seçmişik. Əlilliyi olan insanlar üçün tədbirlərimizə qoşulmaq imkanı da yaratdıq. Bundan əlavə, filmlər Azərbaycan dilində subtitrlərlə nümayiş etdiriləcək”.

Öz növbəsində Birləşmiş Krallığın Azərbaycandakı səfirinin müavini Philip Barclay bu filmlərin Britaniya kinosunun tematik müxtəlifliyini nümayiş etdirdiyini qeyd edib:

“Birləşmiş Krallıq həmişə film sənayesinin qlobal mərkəzi olub. Qeyd etmək istərdim ki, bu il festivalda təqdim olunan filmlər uzun müddətdən bəri səssiz olan müxtəliflik mövzusunda hekayələrdən bəhs edir. Bu il mükafat mərasimlərində qələbə qazanan "The Favourite" filmi fərqli tarixi simvolların necə olduğunu xatırlatdı”.

“British Council”ın Azərbaycandakı rəhbəri festivalın Britaniya kinosunun ulduzları ilə birlikdə olma imkanını istisna etmir:

"Hesab edirəm ki, bu mümkündür. Çünki Britaniyadan olan məşhur Jessie Jay F-1 Qran Prisində çıxış etmək üçün Bakıya gəlib. Bununla yanaşı, Avropa Liqasının tarixi finalı tezliklə Bakıda keçiriləcəkdir. Əfsanəvi futbol komandaları, "Çelsi" və "Arsenal" oraya gələcəklər. Hesab edirəm ki, “British Council” 

İngilis kinosunun əsas xüsusiyyəti ilə bağlı sualları cavablandıran S.Şah, onların həmişə həyatın bütün aspektlərini əks etdirdiyini söyləyib:

“Filmin hansı janrda olduğu: komediya, dram, dedektif və s., İngilis kinosu həyatın bütün sahələrini əks etdirir, bütün hadisələri, simvolları ortaya qoyur".

Qeyd edək ki, festival 24 maya qədər davam edəcək. Bu bir həftə ərzində tamaşaçılara Britaniya istehsalı olan yeddi maraqlı film – “Sevimli qadın” («The Favourite»), “Qara çay” («Dark River»), “Tabe ol” («Obey»), “Xoşbəxt şahzadə” («The Happy Prince»), “İtaətsizlik” («Disobedience»), “Sahildə” («On Chesil Beach») və “Kolet” («Colette») filmləri təqdim ediləcək. Bütün filmlər Azərbaycan dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Bir biletin qiyməti 2 manatdır. Biletləri “www.parkcinema.az” veb-saytında və “Park Cinema” kinoteatrlar şəbəkəsinin kassalarında almaq olar.

Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO, fotoşəkil-1 Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO, fotoşəkil-2 Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO, fotoşəkil-3 Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO, fotoşəkil-4 Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO, fotoşəkil-5 Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO, fotoşəkil-6 Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO, fotoşəkil-7 Bakıda beşinci “Britaniya film baharı” kinofestivalına start verildi - FOTO, fotoşəkil-8

Züleyxa İsmayılova

Bakucity.az

film festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər