Kənd təsərrüfatı yarmarkasından sonra ərazi zibilxanaya dönür.
Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu, metronun “Əhmədli” stansiyasının yaxınlığında təşkil edilən yarmarkadan sonra biabırçıq vəziyyət yaranır. Bu barədə ərazidə yaşayan sakinlər şikayətlərində bildiriblər.
Qeyd edilir ki, Məzahir Rüstəmov küçəsində hər şənbə və bazar günü təşkil olunan yarmarkadan sonra ərazidəki zibillər təmizlənmir:
“Ərazidən üfünət iyi gəlir, yolda zibil əlindən tərpənmək olmur. Satıcılar gedəndə zibilləri küçənin ortasına atırlar”, - deyə şikayətdə bildirilib.
Ərazidən çəkilən video görüntünü təqdim edirik: (Baku.ws)