“Facebook”-da tanışlıq pis nəticələnib.
Bakucity.az xəbər verir ki, Nizami rayon sakini olan 17 yaşlı N.A.(xanım) Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. O, bildirib ki, 2018-ci ilin may ayında Səid adlı şəxs ona aid şəkilləri “Facebook”-da yayacağı ilə hədələyib. Şəkilləri yaymaması üçün ondan 1700 manat pul alıb.
Bundan başqa N.A polisə yazdığı şikayət ərizəsində Səidin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib. (Ona.az)
Bakucity.az